Britaniya müdafiə büdcəsini artırır
Yəni Britaniyanın müdafiə büdcəsi müvafiq olaraq illik 20 milyard funt-sterlinq təşkil etməlidir. Bununla əlaqədar Britaniyanın müdafiə naziri Gevin Uilyamson illik büdcənin daha 4 milyard funt-sterlinq artırılmasını istəyib.
Uilyamson hərbi xərclərin artırılması barədə Britaniya maliyyə naziri Filip Hammondla yanvardan etibarəm qızğın mübahisələr aparır. Lakin Hammond ölkənin müdafiə büdcəsində kəsir yaranmaması üçün xərcləri azaltmağı məsləhət görüb.
Lakin “Times” yazır ki, mübahisələr nəticə verdi və mart ayında Britaniya Müdafiə Nazirliyinin büdcəsinə əlavə 800 milyon funt-sterlinq ayrıldı. 2018-ci ilin payızında isə Britaniya hökuməti eyni məbləğdə ikinci maliyyə ayırmasını planlaşdırır. Dotasiyanın həcmi yaxın bir neçə həftələrdə müzakirəyə çıxarılacaq.
Britaniyalı nazirlərdən biri “Times”a bildirib ki, Britaniyanın müdafiə qabiliyyətindəki boşluqlar nəzərə alınaraq payızda hökumət müdafiə büdcəsini artırmasa, o zaman parlamentin 50 deputatı etiraza qalxacaq. Hökumətdəki mənbələr isə qeyd edir ki, hazırda Müdafiə Nazirliyinin maliyyə çətinliklərinin yumşaldılması işi üzrə planları nəzərdən keçirirlər.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


