Kanada ilə Ər-Riyad arasında gərginlik artır

Kanada ilə Ər-Riyad arasında gərginlik artır
  06 Avqust 2018    Oxunub:4414
Kanada Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Ottavadakı səfirini geri çağırmasilə bağlı yayılan xəbərlərdən narahatdır və Ər-Riyaddan məsələ ilə bağlı izahat verməsini xahiş edir.
AzVision.az bildirir ki, bu barədə CBC teleradiosu Kanada XİN-n rəsmi nümayəndəsi Mari-Pyer Barilə istinadən məlumat verib.

“Biz, KİV-də yayılan bu xəbərlərdən ciddi narahatıq və Səudiyyə Ərəbistanının son bəyanatları ilə əlaqədar izahat verilməsini istəyirik.” –deyə, Baril bildirib.Baril vurğulayıb ki, Kanada hər zaman insan hüquqlarını müdafiə edəcək, o cümlədən bütün dünyada qadınların hüquqlarının müdafiəsi və ifadə azadlığının təmin edilməsinin lehinə çıxış edəcək.

Xatırladaq ki, avqustun 2-də Kanada XİN-in rəhbəri Xrist Frilandın Səudiyyə Ərəbistanında hüqqu müdafiəçisi Samar Bədəvinin həbsindən narahat olduğunu bildirməsi, Bədəvi və onun bacısı – bloqqer Raifə Bədəvinin dərhal azad olunmasına çağırış etməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Ər-Riyad hesab edir ki, Kanadanın bu mövqeyi Səudiyyə Ərəbistanının daxili işlərinə müdaxilədir.

Bununla əlaqədar, Səudiyyə KİV-ləri XİN rəsmilərinə istinad edərək Ər-Riyadın məsləhətləşmələr aparılması üçün Ottavadakı səfirini geri çağırdığı və Kanadanın da Səudiyyə Ərəbistanındakı səfirini persona non-qrata (arzuolunmaz şəxs) elan edərək, onun ölkəni tərk etməsinə 24 saat vaxt verdiyi barədə məlumat yayıblar. Həmçinin bildirilib ki, Ər-Riyad Kanada ilə bütün yeni ticarət və investisiya əməliyyatlarını dondurur və məsələ ilə bağlı gələcək addımların atılması hüququnu özündə saxlayır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kanada   Səudiyyə  





Xəbər lenti