Ankara Vaşinqtonla danışıqlara başlayır

Ankara Vaşinqtonla danışıqlara başlayır
  07 Avqust 2018    Oxunub:2499
Türkiyəli nazirlərə tətbiq edilən sanksiyalarla bağlı danışıqlar aparmaq üçün Türkiyə nümayəndə heyəti 2 gün ərzində Vaşinqtona səfər edəcəklər.
AzVision.az-ın məlumatına görə, bu barədə “Daily Sabah” Türkiyədəki diplomatik mənbələrinə istinadən xəbər verib.

Mənbələrin dediyinə görə, Türkiyə ABŞ şəxsi görüşlərin təşkili barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə avqustun 1-də ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylunu insan hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq onlara qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.

Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə  





Xəbər lenti