Daha bir ölkə “erməni soyqırımı”nı tanımağa hazırlaşır

Daha bir ölkə “erməni soyqırımı”nı tanımağa hazırlaşır
  07 Avqust 2018    Oxunub:3124
“Yaşıllar” partiyası Yeni Zelanldiya parlamentini “erməni soyqırımı”nı tanımağa çağırış edib.
AzVision.az xəbər verir ki, parlamentdə “Yaşıllar” partiyasından təmsil olunan deputat Qareta Hyu “Newshub”a müsahibəsində Türkiyəni ermənilərə qarşı “soyqırım”da ittiham edərək, tarixdə baş verənləri unutmamağa çağırıb.

Bu mənada, deputat Yeni Zelandiya parlamentini saxta soyqırımı tanımağa çağırıb və bildirib ki, əgər parlament “erməni soyqırımı”nın tanınmasının lehinə səs versə, o zaman Ankaradan sərt cavaba da hazır olmalıdırlar. “Türkiyənin mənfi reaksiya verməsi mümkündür. Amma vurğulamaq istəyirəm ki, bu mövzu son 10 il ərzində Türkiyənin özündə daha açıq və çox müzakirə olunur.” – deyə, Hyu bidirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Ermənistan   YeniZelandiya  





Xəbər lenti