İrana qarşı sanksiyalar rəsmən qüvvəyə mindi

  07 Avqust 2018    Oxunub : 2214
İrana qarşı sanksiyalar rəsmən qüvvəyə mindi
Bu gün ABŞ İrana qarşı sanksiyalarını rəsmən bərpa edib.
AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, sanksiyalar saat 00:01-də qüvvəyə minib.

ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Brayan Huk bəyan edib ki, sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Sanksiyalarla əlaqədar olaraq İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompyuter proqramlarının ticarəti dayandırılacaq.

Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Xatırladaq ki, 8 mayda ABŞ İranla nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. Ötən gün isə ABŞ prezidenti Donald Tramp 2016-cı ilin yanvar ayında Tehranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv olunmuş sanksiyaların iki mərhələdə bərpa edilməsinə dair fərman imzalayıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   İran   sanksiya