Ruhanidən ABŞ-a xəbərdarlıq : "Peşman olacaqlar"

Ruhanidən ABŞ-a xəbərdarlıq : "Peşman olacaqlar"
  07 Avqust 2018    Oxunub:3763
Rəsmi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaların bu gündən etibarən qüvvəyə minməsilə əlaqədar İran prezidenti Həsən Ruhani ABŞ-ı kəskin tənqid edib. AzVision.az "Aljazeera"yə istinadən xəbər verir ki, sanksiyaların bərpasının ardından İranın dövlət televiziyasında çıxış edən Ruhani ABŞ-ın bu addımını ölkəsinə qarşı “psixoloji müharibə” kampaniyası adlandırıb və Vaşinqtonun peşman olacağilə bağlı xəbərdarlıq edib.
“ABŞ bu sanksiyalarla iranlılar arasında nifaq salmaq, xalqımızı bölmək istəyir. Əgər sən düşmənsənsə və başqasının kürəyinə bıçaq sancaraq onunla danışıqlar aparmaq istədiyini deyirsənsə, o zaman birinci növbədə o bıçağı çıxartmalısan. Onlar İran xalqına qarşı psixoloji müharibəyə başlamaq istəyirlər. Lakin sanksiyialarla paralel danışıqların aparılması məntiqsizdir. İranın ABŞ-la yeni nüvə razılaşmasına dair danışıqlar aparmaq niyyəti yoxdur. Vaşinqton İrana qarşı sanskiya tətbiq etməyə peşman olacaq. ABŞ nüvə sazişindəki mövqeyinə geri dönməlidir.” – deyə Ruhani vurğulayıb.

Onu da əlavə edib ki, ABŞ prezidentinin heç bir ilkin şərt olmadan görüşmək təklifi sadəcə ABŞ-ın daxili siyasətinə hesablanıb və qarşıdakı seçkilərdə amerikalıların seçiminə təsir etmək məqsədi daşıyır.

Xatırladaq ki, bu gündən etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompyuter proqramlarının ticarəti dayandırılacaq. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   İran   sanksiya  





Xəbər lenti