Moskvadan təhdid: Nəticə çıxarın!

Moskvadan təhdid: Nəticə çıxarın!
  07 Avqust 2018    Oxunub:4157
Tbilisi və dünyanın digər paytaxtları 2008-ci ilin avqust hadisələri nümunəsində təcavüzə görə cəzalandırılmanın qaçılmazlığına dair nəticə çıxartmalıdırlar. AzVision.az-ın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib. Onun sözlərinə görə, bu gün Gürcüstan o vaxtkı qərarına görə peşman olmalıdır:
“O zaman Mixail Saakaşvili qumar oyunçuları və məsuliyyətsiz rəhbərlər kimi əlində olanın hamısını ortaya qoyaraq gediş etdi və uduzdu. Nəticədə bizim müstəqilliyini tanıdığımız 2 gənc dövlətin mövcudluğu - Abxaziya və Cənubi Osetiya respublikaları timsalında tamamilə yeni reallıqlarla üzləşdi. Ümid edirəm ki, müxtəlif aqressiv davranışlarla bağlı təkcə Tbilisi və Qafqazın digər paytaxtlarında yox, bütün dünyada nəticə çıxaracaqlar.” – deyə Karasin vurğulayıb.

XİN rəsmisi bildirib ki, Gürcüstandakı 2008-ci il silahlı müharibəsi beynəlxalq miqyaslı hadisə olub və bütün dünyaya göstərib ki, istənilən aqressiya cəzalandırıla bilər.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Gürcüstan   Qafqaz  





Xəbər lenti