Şarmazanov Rusiya səfiri ilə Qarabağı müzakirə etdi

Şarmazanov Rusiya səfiri ilə Qarabağı müzakirə etdi
  07 Avqust 2018    Oxunub:3602
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bu gün Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkini qəbul edib.
AzVision.az bildirir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı ikitərəfli iqtisadi-siyasi, humanitar, mədəni və hərbi əlaqələrin inkişafı, parlamentlər səviyyəsində qarşılıqlı əməkdaşlığın, o cümlədən, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiya ilə Ermənistan arasındakı münasibətlərinin dərinləşdirilməsinin vacibliyi bildirilib.

Görüşdə həmçinin, regional konfliktlərə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqət ayrılıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıblar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   DağlıqQarabağ   Azərbaycan  





Xəbər lenti