Rusiyanı Türkiyəyə qarşı çıxmağa çağırdılar

Rusiyanı Türkiyəyə qarşı çıxmağa çağırdılar
  08 Avqust 2018    Oxunub:2733
Liviya böhranının həlli Rusiya dövlətinin və onu prezidenti Vladimir Pitinin müdaxiləsini tələb edir.
AzVision.az xəbər verir ki, Liviya Milli Ordusunun (LMO) rəsmi nümayəndəsi Əhməd əl-Mismari bu cür bəyanatla çıxış edib.

“Regiondakı başqa münaqişələr kimi, Liviya probleminin də həll olunması üçün Rusiyanın və şəxsən prezident Putinin müdaxiləsinə ehtiyac var. Bu müdaxilə xarici oyunçuların, məsələn Türkiyə, Qətər və bilavasitə İtaliyanın Liviya səhnəsindən çıxarılmasına kömək edəcək.” – deyə, əl-Mismari bəyan edib. Həmçinin vurğulayıb ki, rus diplomatiyası böhranın nizamlanması istiqamətində başlıca rol oynamalıdır.

Xatırladaq ki, 2011-ci ildə Liviyaya NATO-nun müdaxiləsi və Qəddafinin öldürülməsindən sonra bu günədək ölkədə müxtəlif qruplaşmalar arasındakı silahlı münaqişələr hələ də davam edir. Hazırda Liviyada ikihakimiyyətlilik yaranıb – şərqdə yerləşən Tobruk şəhərində xalq tərəfindən seçilən parlament, paytaxt Tripolidə isə BMT və Avropanın dəstəyilə formalaşan, Faez Mustafa əs-Sərracın sədrlik etdiyi Milli Barışıq Hökuməti fəaliyyət göstərir.

Ölkənin şərqi Tripoliyə tabe olmayacaqlarını deyir və Həftarın başçılıq etdiyi terrorçularla mübarizə aparan milli ordu ilə əməkdaşlıq edirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Liviya   Türkiyə   Rusiya   NATO  





Xəbər lenti