Tehranda partlayış – Ölənlər var

Tehranda partlayış – Ölənlər var
  08 Avqust 2018    Oxunub:1251
İranın paytaxtı Tehranda yerləşən “Enqelab” idman kompleksində baş verən güclü partlayış nəticəsində 3 nəfər ölüb.
AzVision.az “IRNA” agentliyi nə istinadən xəbər verir ki, ölənlər partlayış zamanı binanın qazanxanasında olan işçilərdir.

Yanğınsöndürmə xidmətinin rəsmisi bildirib ki, partlayış idman kompleksinin binasında ciddi fasadlar törətməyib və yanğına səbəb olmayıb. İnsidentin baş vermə səbəbləri araşdırılır. “Enqelab” idman kompleksini hər gün təqribən 10 min insan ziyarət edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran  



Xəbər lenti