Koçaryanla bağlı xahiş rədd edildi

Koçaryanla bağlı xahiş rədd edildi
  08 Avqust 2018    Oxunub:2694
Ermənistanın Baş Prokurorluğu parlamentin 45 deputatının sabiq prezident Robert Koçaryan barəsində 2 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair yazılı müraciətini rədd edib. AzVision.az bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryan məlumat verib.
Onun sözlərinə görə, Koçaryanın azadlığa buraxılması istintaqın şəffaf aparılmasına əngəl yarada bilər.

“İlkin istintaqın hazırkı mərhələsində Robert Koçaryana münasibətdə həbs qərarının verilməsində müvafiq əsaslar var. Həbsdən kənar digər qabaqlayıcı tədbirlər isə təqsirləndirilən şəxsin düzgün davranışı ilə şərtlənən istintaqın maneəsiz gedişinə hələ ki zəmanət verə bilməz.” – deyə, Xaçatryan bildirib.

Qeyd edək ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu evirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs edilib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   İstintaq  





Xəbər lenti