Tufana görə 150-dən çox aviareys təxirə salındı

Tufana görə 150-dən çox aviareys təxirə salındı
  08 Avqust 2018    Oxunub:3357
Yaponiyaya yaxınlaşan “Şanşan” tufanına görə ən azı 156 aviareys təxirə salınıb.
AzVision.az xəbər verir ki, Yaponiyada sayca “13 nömrəli” adlandırılan “Şanşan” tufanı hazırda paytaxt Tokioya yaxınlaşır.

Artıq paytaxt yaxınlığında yerləşən Çiba prefekturasında 100 mindən çox sakin təxliyə barədə xəbərdarlıq alıb. Onlara təxliyə məqsədilə hazırlanmış xüsusi mərkəzlərə getmək tövsiyə olunub.

AzVision.az


Teqlər: Tufan  





Xəbər lenti