Eks- prezidentlərin ailəsinə daha çox pul veriləcək

Eks- prezidentlərin ailəsinə daha çox pul veriləcək
  19 Oktyabr 2013    Oxunub:1031
Azərbaycanda keçmiş prezidentlər və onların ailə üzvlərinin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait artırılacaq.
2014-cü il dövlət büdcəsi layihəsində bu məqsədlə nəzərdə tutulmuş vəsait 2013-cü ildəkindən 6,9% çox olacaq.

2014-cü ildə bu məqsədlə dövlət büdcədən 303633 manat vəsait ayıracaq.

Qeyd edək ki, sabiq prezidentlər və onların ailə üzvlərinin xərcləri 2013-cü ildən dövlət büdcəsindən maliyyələşdirilir. Cari ildə bu məqsədlə büdcədən 283 925 manat vəsait ayrılıb.

Gələn il həmçinin Azərbaycanda 3 yaradıcı təşkilatın saxlanılmasına dövlət büdcəsindən ümumilikdə 1 milyon 145 min 293 manat vəsait ayrılacaq.

2014-cü il üçün dövlət büdcəsində Yazıçılar Birliyinə ayrılacaq vəsaitin 11,4%, Bəstəkarlar İttifaqına və Rəssamlar İttifaqına ayrılan vəsaitin isə 18,3% artırılması nəzərdə tutulur.

Gələn il dövlət büdcəsindən Yazıçılar Birliyinə 535 615 manat, Bəstəkarlar İttifaqına 402 439 manat, Rəssamlar İttifaqına isə 207 239 manat vəsait ayrılması planlaşdırılır.

İctimai Televiziya və Radio Yayımı Şirkətinə dövlət büdcəsindən 16 milyon 552 min 800 manat vəsait ayrılması planlaşdırılır. APA-nın məlumatına görə, bu vəsait Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsində nəzərdə tutulub.

Eyni zamanda İctimai Televiziyaya ayrılan vəsait 2013-cü ildəkindən 14% çox olacaq.

«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-yə isə büdcədən 37 milyon 720 min 320 manat və ya 2013-cü ildəkindən 13,4% çox vəsait ayrılacaq.(Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti