Moskva bizim üçün alternativ deyil – Türkiyəli səfir

Moskva bizim üçün alternativ deyil – Türkiyəli səfir
  08 Avqust 2018    Oxunub:845
Rəsmi Moskva ilə Ankaranın tərəfdaşlığı Türkiyənin digər ölkələrlə münasibətlərinə alternativ deyil.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Türkiyə bütün ölkələrlə dostluq əlaqələrinin inkişafında maraqlıdır.

Səfir əlavə edib ki, Türkiyə və Rusiya arasında ən yüksək səviyyədəki təmaslar intensiv xarakter daşıyır və hazırda ölkələr ölkələr bütün sferalar üzrə sıx əməkdaşlıq edirlər: “Təkcə ötən il ərzində prezidentlərimiz arasında 8 görüş baş tutub. Mənim Moskvada səfir olduğum müddətdə isə liderlərimiz ümumilikdə 15 görüş keçiriblər.”


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti