Misirdən Rusiyaya 25 milyardlıq lisenziya

Misirdən Rusiyaya 25 milyardlıq lisenziya
  09 Avqust 2018    Oxunub:2846
Rusiyanın iştirakı və maliyyə dəstəyilə Misirdə ilk Atom Elektrik Stansiyasının (AES) tikilməsi üçün 2020-ci ildə lisenziya veriləcək.
AzVision.az bildirir ki, bu barədə Rusiyanın sənaye və ticarət naziri Georgi Kalamanov məlumat verib.

“AES üzrə tikinti işlərinin aparılması üçün lisenziyanın 2020-ci ildə əldə olunması gözlənilir. Bundan sonra AES-in reaktor bölməsində “ilk betontökmə” mərhələsinə keçmək mümkün olacaq.” – deyə, Kalamanov bildirib. Onu da əlavə edib ki, AES-in tikiləcəyi ərazidə mühəndis araşdırma işləri artıq başa çatıb və həmin işlər indi də Aralıq dənizi akvatoriyasının yaxınlığında davam etdirilir.

Xatırladaq ki, 2008-ci ildə Rusiya və Misir atom enerjisindən sülh məqsədlərilə istifadə sahəsində hökumətlərarası müqavilə imzalayıblar. 2015-ci ildə imzalanan müqaviləyə görə isə Misirin Aralıq dənizi sahilindəki Əd-Dəba şəhərində ölkənin ilk AES-nin tikilməsi üçün Rusiya Qahirəyə 25 milyard dollar məbləğində kredit verəcək. Bununla da, Misirdəki AES-in tikintisində iştirak edən Rusiya həm də onun maliyyələşməsinin 80 faizini öz üzərinə götürüb. AES-in tikilməsi üzrə bu layihənin 12 il müddətinə reallaşacaq.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   Misir   AES  





Xəbər lenti