Ermənistan ordusunun zabiti öldü
Məlumata əsasən, “Mercedes ML” markalı avtomobil yolun hərəkət hissəsindən kənara çıxaraq qəza törədib. Nəticədə sükan arxasında olan 1986-cı il təvəllüdlü sürücü Artak Qriqoryan hadisə yerindəcə həlak olub.
“Shamshyan.com” xəbər verir ki, ölən sürücü Müdafiə Nazirliyinin hərbi hissələrindən birində avtomexanika bölməsinin rəisi, mayor rütbəli hərbçi idi.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


