İsrail Qəzzanı belə bombaladı – VİDEO

İsrail Qəzzanı belə bombaladı – VİDEO
  09 Avqust 2018    Oxunub:1421
İsrailin hərbi hava qüvvələri Qəzza zonasında “Həmas” hərəkatına məxsus olduğu iddia edilən 140 strateji hərbi hədəfə çoxsaylı raket zərbələri endirib.AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, reallaşdırılan hava hücumu Qəzza zonasındakı fələstinli döyüşçülərin bu gecə ərzində İsrail ərazisinə açdıqları atəşə cavab olub.

“Beşinci kanal” telekanalı isə İsrailin Qəzzanı bombalamasının video görüntüsünü yayıb. Son məlumatlara görə, hava zərbələri nəticəsində 2 fələstinli ölüb, 1 nəfər yaralanıb.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   Həmas   Qəzza  





Xəbər lenti