Koreyalılar arasında növbəti görüş keçiriləcək

Koreyalılar arasında növbəti görüş keçiriləcək
  09 Avqust 2018    Oxunub:2853
Avqustun 13-də Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası arasında yüksək səviyyəli növbəti görüş keçiriləcək.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfəki görüş də Koreyalararası "Phanmuncom" sərhəd məntəqəsində baş tutacaq. Görüşdə Cənubi Koreya nümayəndə heyətinə birləşmə naziri Ço Myon Hyon başçılıq edəck. Danışıqların əsas mövzusu Şimali və Cənubi Koreya liderləri arasında növbəti sammitin keçirilməsi məsələsi olacaq.

Bundan əvvəl bildirilmişdi ki, Şimali və Cənubi Koreyanın Nəqliyyat nazirliklərinin nümayəndələri Pxenyandan Seula və əks istiqamətə maşınla maneəsiz sərbəst gediş üçün hər iki ölkənin avtomobil yollarının birləşdirilməsinə dair danışıqlara başlayıblar.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   Phanmuncom  





Xəbər lenti