Serj Sarkisyan Qarabağa gəlib

Serj Sarkisyan Qarabağa gəlib
  09 Avqust 2018    Oxunub:3753
Ermənistanın sabiq prezidenti, Respublikaçılar partiyasının sədri Serj Sarkisyan 10 gün İtaliyada istirahət etdikdən sonra Ermənistana qayıdıb, oradan isə Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ bölgəsinə gəlib.
AzVision.az bildirir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat verib. Qeyd olunur ki, Serj Sarkisyan artıq 3 gündür ki Xankəndidədir. Onun anasının məzarına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi bildirilir.

Sabiq prezidentin ofisinin rəhbəri Nairi Petrosyan Sarkisyanın Ermənistana qayıtması barədə məlumatı təsdiq edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Sarksiyan  





Xəbər lenti