MDB məkanında NATO ilə müharibə olmayacaq – Putinin köməkçisi

  09 Avqust 2018    Oxunub : 673
MDB məkanında NATO ilə müharibə olmayacaq – Putinin köməkçisi
MDB məkanında Rusiya ilə NATO arasında hərbi toqquşma baş verməyəcək. AzVision.az bildirir ki, Rusiyanın sabiq müdafiə naziri, hazırda isə prezident Vladimir Putinin ətraf mühiti mühafizə, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov “Kommersant” qəzetin müsahibəsində belə deyib.
“Əlbəttə ki, MDB məkanında geosiyasi zidiyyətlər mövcuddur. Bunu inkar etmək axmaqlıq və sadəlövhlük, həmçinin sadəcə ədalətsizlik olardı. Amma NATO və Rusiya arasında MDB məkanında hərbi qarşıdurma olacağını düşünmürəm və belə bir perspektiv görmürəm. Ümid edirəm ki, bu, heç vaxt baş verməyəcək.” – deyə, İvanov bildirib.

Bununla belə, Putinin köməkçisi vurğulayıb ki, NATO-nun hərbi strukturları getdikcə Rusiya sərhədlərinə doğru yaxınlaşır və bu, rəsmi Moskvanı narahat etməyə bilməz.

MDB ölkələrinin gələcəkdə NATO-ya daxil olmaq perspektivlərinə gəlincə isə İvanov bildirib ki, “Onlar müstəqil ölkələrdir və biz onların seçiminə hörmət etməliyik. Əgər onlardan kimsə NATO-ya üzv olmaq istəyərsə və NATO ölkələri də bunu təsdiq edərlərsə, əlbəttə ki, bu, çox pis olardı. Amma Rusiya buna mane ola bilməz. Necə mane olacayıq ki?”


Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Rusiya   NATO   MDB