Koçaryanın məhkəməsi keçirilir

Koçaryanın məhkəməsi keçirilir
  09 Avqust 2018    Oxunub:3741
2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Apellyasiya Məhkəməsinin iclasında iştirak edir.
AzVision.az erməni KİV-lərə istinadən xəbər verir ki, iclasda barəsində çıxarılan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Koçaryanın verdiyi apellyasiya şikayətinə baxılır. Koçaryanın vəkili Ayk Alumyan da iclasda iştirak edir. Məhkəmə binasına daxil olarkən o, jurnalistlərə heç bir açıqlama verməyib.

Hazırda jurnalistlər Apellyasiya Məhkəməsinin binası önündə toplaşaraq iclasın bitməsini və Alumyanın nəticə ilə bağlı açıqlama verməsini gözləyirlər. Məhkəmə Koçaryanın şikayətini təmin edərsə, o, azadlığa çıxa bilər.



Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin 45 deputatı sabiq prezident barəsində 2 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair yazılı müraciət ünvanlayıb. Lakin Ermənistanın Baş Prokurorluğu həmin müraciəti rədd edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti