Aktau sammitinin gündəliyinə 3 vacib məsələ salınıb

Aktau sammitinin gündəliyinə 3 vacib məsələ salınıb
  09 Avqust 2018    Oxunub:4521
İştirakçı tərəflər avqustun 12-si Qazaxıstanın Aktau şəhərində keçiriləcək Xəzər sammitinin gündəliyini razılaşdırıblar. Ora 3 əsas məsələ daxil edilib.
AzVision.az bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

“V Xəzər sammitinin iştirakçılar tərəfindən razılaşdırılan gündəliyinə 3 başlıca məsələ daxil edilib.” – deyə, məlumatda qeyd olunur. Sahilyanı ölkələr Xəzərin hüquqi statusu məsələsini, Xəzər dənizində iqtisadi və nəqliyyat, ekoloji və bioresursların qorunması, həmçinin təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini, həmçinin regional və beynəlxalq gündəmi müzakirə edəcəklər. Sammitin sonunda əsas yekun sənəd – Xəzərin hüquqi statusuna dair Konvensiyanın, həmçinin, bir sıra beynəlxalq sənədlərin imzalanması planlaşdırılır.

Qazaxıstan XİN onu da bəyan edib ki, sammitdən bir gün əvvəl – avqustun 11-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Xəzər   Aktau   Qazaxıstan   Sammit  





Xəbər lenti