Yəməndə avtobusa hücum edilib - 50 ölü (Yenilənib)

  09 Avqust 2018    Oxunub : 2928
Yəməndə avtobusa hücum edilib - 50 ölü (Yenilənib)
Yəmənin şimal-qərbində yerləşən Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb, 77 nəfər yaralanıb.
Bu barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (BQXC) özünün “Twitter” səhifəsində yazıb.

BQXC-nin əvvəl yaydığı məlumatda yaşı 15-dən aşağı azı 29 nəfərin öldüyü, 30 uşağın isə yaralandığı bildirilirdi.

***
Yəmənin Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində azı 29 uşaq həlak olub, 30 uşaq isə yaralanıb.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bəyanatında həlak olan uşaqların yaşlarının 15-dən az olduğu bildirilir.

Yəmən Səhiyyə Nazirliyinin nümayəndəsi Yusif əl-Haderi “Twitter” səhifəsində Saada şəhərinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən bombardman edilməsi nəticəsində 40-dan artıq insanın öldüyünü, 60 nəfərdən çoxunun isə yaralandığını yazıb.

Qeyd edək ki, ərəb koalisiyası isə öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib.

AzVision.az

Teqlər: