Həccə gedənlər üçün yeni xidmət

Həccə gedənlər üçün yeni xidmət
  10 Avqust 2018    Oxunub:3916
Səudiyyə Ərəbistanının Həcc Məsələləri Nazirliyi ilk dəfə olaraq Məkkə və Mədinədə zəvvarların azyaşlı uşaqlarına qulluq edilməsi üçün xidmət istifadəyə verib.
Nazirliyin məlumatına görə, uşaqlar üçün təhlükəsiz təhsil və əyləncə mühitinin yaradılması, habelə onların həcc günlərində böyük insan axınından qorunması məqsədilə azyaşlılar uşağa qulluq üzrə ixtisaslaşmış personalın nəzarəti altında olacaqlar.

Qeyd olunub ki, bu il ziyarət mövsümündə uşaqları Hicri təqvimi ilə zilhiccə ayının 7-dən 13-dək qəbul edəcəklər. Uşaq otaqları və bağçalarında işləyən tərbiyəçilər balacalarla beş dildə - ərəbcə, ingiliscə, fransızca, malayca və türkcə ünsiyyət quracaqlar.

AzVision.az


Teqlər: Həcc   Ziyarət  





Xəbər lenti