Koçaryan bu gün azadlığa çıxa bilər

Koçaryan bu gün azadlığa çıxa bilər
  10 Avqust 2018    Oxunub:3302
2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan azad oluna bilər.
AzVision.az erməni mtəbuatına istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkillərindən biri Ayk Alumyan məlumat verib. Onun sözlərinə görə, barəsində çıxarılan 2 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Koçaryanın verdiyi apellyasiya şikayətinə baxılması üçün dünən toplanan Apellyasiya Məhkəməsi iclası bu günə təxirə salıb.

Alumyan məhkəmənin dünənki iclasında Koçaryanın çıxışının mətnini yayacaqlarını da bildirib. Məsələ ilə bağlı optimist olduğunu deyən vəkil Koçaryanın sərbəst buraxıla biləcəyini və sabiq prezidentin şikayətinin təmin edilməməsi üçün heç bir əsasın olmadığını vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   İstintaq  





Xəbər lenti