Əfqanıstandakı partlayışda 2 uşaq ölüb

Əfqanıstandakı partlayışda 2 uşaq ölüb
  10 Avqust 2018    Oxunub:3810
Əfqanıstanın qərbində yerləşən Herat əyalətində baş verən partlayış nəticəsində 2 azyaşlı uşaq həlak olub, 10 nəfər yaralanıb.
AzVision.az bildirir ki, bu barədə “Tolo News” telekanalı xəbər verib. Əfqanıstan polisi hələ ki, partlayışın nədən yarandığını müəyyənləşdirə bilməyib. Lakin şahidlərin ifadəsinə görə, insident motosikletlə irəliləyən terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində baş verib.

Terakta görə hələ ki heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Terror  



Xəbər lenti