Rusiya BMT-də ABŞ qətnaməsini blokladı
“ABŞ nümayəndə heyətinin BMT-nin Təhlükəsizlik Şurası və digər köməkçi orqanlarında artıq normaya çevrilən “təzyiq” iş metodları onların təkliflərindən imtinaya səbəb olur. ABŞ digər üzvlərin fikirlərini nəzərə almadan təzyiq vasitəsilə öz xeyrinə olan qərarların qəbuluna çalışır. Aydındır ki, Vaşinqton Pxenyana qarşı “maksimal təzyiqləri” mümkün qədər uzun müddətə - nüvəsizləşdirmə prosesi başa çatanadək saxlamağa cəhd edir. Koreya yarımadasındakı problemlərin nizamlanması yolunda bu cür pozucu xətt böyük narahatlıq doğurur.” – deyə Rusiya XİN-in bəyanatında bildirilib.
Bəyanatda həmçinin vurğulanır ki, ABŞ-ın yeni sanksiyalar təklifi Şimali Koreya ətrafında yaranmış beynəlxalq gərginliyin aradn qaldırılması məntiqinə ziddir.
Qeyd edək ki, ötən həftə ABŞ Pxenyanla əməkdaşlığa görə Rusiyanın “Aqrosoyuz” bankına qarşı sanksiyalar tətbiq edib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: ABŞ Rusiya BMT ŞimaliKoreya