NATO-ya başlıca təhdidlər açıqlandı

NATO-ya başlıca təhdidlər açıqlandı
  10 Avqust 2018    Oxunub:4772
Transatlantik təhlükəsizliyə ən başlıca təhdidlər sırasında Rusiya birinci yerdədir.
AzVision.az bildirir ki, bu barədə NAT-nun rəsmi tvitter hesabında yerləşdirilən video məlumatda deyilir.

“Krımın qanunsuz ilhaqı və Şərqi Ukraynada sabitliyin pozulması, o cümlədən, hərbi potensialın getdikcə NATO sərhədləri yaxınlığına cəlb edilməsilə Rusiyanın şərqində vəziyyət daha da çətinləşib.” – deyə, məlumatda vurğulanır.

Rusiyadan başqa, NATO-nun təhlükəsizliyinə əsas təhdidlər sırasına Yaxın Şərqdə və Afrikadakı vəziyyət, kütləvi qırğın silahlarının yayılması, kiberhücumlar, enerji təchizatı sferası və iqlim dəyişikliyi daxil edilib.

Qeyd edək ki, Kreml dəfələrlə Rusiyanın heç zaman kiməsə qarşı təhdid yaratmadığını bəyan edib. Lakin onu da vurğulayıb ki, öz maraqlarına potensial təhlükə ehtiva edən hərəkətləri görməzlikdən gəlməyəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Rusiya  





Xəbər lenti