Paşinyan Sarkisyanı tutdurmaq istəyir: Cinayət işi açıldı

Paşinyan Sarkisyanı tutdurmaq istəyir: Cinayət işi açıldı
  11 Avqust 2018    Oxunub:4719
Ermənistan İstintaq Komitəsi yenidən Rusiyada oğurlanan Marinist İvan Ayvazovskinin “Dəniz mənzərəsi” adlı rəsm əsərinin alınma şəraitini və realizə olunmasını araşdırır.AzVision.az xəbər verir ki, bu rəsm Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana onun qardaşı Levon Sarkisyanın rəhbəri olduğu “Pyunik” xeyriyyə fondu tərəfindən hədiyyə verilib:
“13 yanvar 2011-ci ildə rusiyalı biznesmen, “Rus qızılı” Şirkətlər Qrupunun prezidenti Aleksandr Tarantsevin şəhərkənarı evinə basqın edilib. Evə silahlı basqın edən şəxslər Marinist İvan Ayvazovskinin “Dəniz mənzərəsi” adlı rəsm əsərini də oğurlayıblar. Hazırda Ermənistan İstintaq Komitəsində rəsm əsərinin ölkəyə gətirilməsi faktı ilə bağlı cinayət işi açılıb, bütün halların araşdırılması üçün istintaq və digər tədbirlər həyata keçirilir” – deyə, İstintaq Komitəsi məlumat yayıb.



İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Sarkisyan   Həbs  





Xəbər lenti