Tramp Makronla danışdı, Kanadaya xəbərdarlıq etdi

Tramp Makronla danışdı, Kanadaya xəbərdarlıq etdi
  11 Avqust 2018    Oxunub:3857
ABŞ prezidenti Donald Trampla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.
AzVision.az bildirir ki, bu barədə “Amerikanın Səsi” Ağ Evə istinadən məlumat verib.

“İki lider ABŞ və Fransa arasındakı ticarət və təhlükəsizlik məsələlərinin geniş spektrini, o cümlədən, İranın nüvə proqramı və Yaxın şərqdəki vəziyyəti müzakirə ediblər.” – deyə, Ağ Evin bəyanatında bildirilib. Hazırda ABŞ-ın Nyu-Cersi ştatında özünün qolf istirahət mərkəzində dincələn Tramp da Makronla telefon danışığına tvitter vasitəsilə münasibət bildirərək, söhbətin yaxşı keçdiyini yazıb.

Tramp həmçinin öz tvitter səhifəsində bildirib ki, ABŞ və Meksika ticarət sazişi üzrə danışıqları uğurla aparır: “ Kanadanın iştirakı olmadan sazişi imzalana bilər. Kanada gərək gözləsin. Çünki, ölkənin tarifləri çox yüksəkdir”.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Fransa  





Xəbər lenti