ABŞ-dan Xəzərin statusuna dair Konvensiyaya reaksiya

ABŞ-dan Xəzərin statusuna dair Konvensiyaya reaksiya
  11 Avqust 2018    Oxunub:4507
ABŞ Dövlət Departamenti sabah Aktauda Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkə başçılarının növbəti zirvə sammitində Xəzərin hüquqi statusuna dair imzalanacaq Konvensiyanın Avropaya qaz tədarükünün diversifikasiyası ilə bağlı vəziyyətə necə təsir edəcəyini hələ ki şərh etməyə hazır deyil.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə bürosunun rəsmi nümayəndəsi Vinsent Kampos “RİA Novosti”yə deyib.

“Düşünürəm ki, Konvensiya ilə bağlı hansısa şərhlər vermək hələ tezdir. Çünki razılaşmanın detalları bizə məlum deyil.” – deyə, amerikalı rəsmi vurğulayıb.

Qeyd edək ki, sabah – avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı beş ölkənin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan dövlət başçılarının V sammiti keçiriləcək. Görüşdə 20 ildən çoxdur ki, üzərində mürəkkəb və intensiv iş aparılan Xəzərin hüquqi statusuna dair yekun Konvensiyanın imzalanacağı gözlənilir.

Məhz bu məsələnin indiyədək həll olunmaması Avropaya qaz nəql edə biləcək Transxəzər boru kəmərinin tikintisi qarşısındakı ən böyük maneələrdən biridir. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi gələcəkdə Türkmənistanın da Transxəzər qaz boru kəməri vasitəsilə Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması və Avropanı qazla təmin etməsi mümkündür.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: ABş   Xəzərinstatusu  



Xəbər lenti