Xəzərdə boru kəmərinin çəkilməsində maraqlar nəzərə alınıb - Rəsmi Astana

Xəzərdə boru kəmərinin çəkilməsində maraqlar nəzərə alınıb - Rəsmi Astana
  11 Avqust 2018    Oxunub:4501
Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması regiona yeni investisiyalar cəlb edəcək.AzVision.az xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov “RİA Novosti”yə müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin statusunun nizamlanması iqtisadiyyatın vacib istiqamətlərində sahilyanı ölkələrin qarşılıqlı faydalı əməkdaşlığının davamlı şəkildə inkişaf etdirilməsinə imkan verəcək.

“Əminəm ki, bu (Konvensiyanın imzalanması – red.), bütün Xəzər regionunun inkişafı üçün güclü impuls verəcək, yeni investisiya axını və prioritet sahələrdə müştərək layihələrin reallaşdırılması üçün cəzbedici olacaq.” – deyə, qazaxıstanlı nazir bildirib.

Abdrahmanov həmçinin vurğulayıb ki, Konvensiya sənədində dəniz dibinin istismarı və Xəzərdə boru kəməri çəkilməsi ilə bağlı bütün tərəflərin maraqları nəzərə alınıb. Bu isə avtomobil, dəmiryolu, dəniz və boru kəməri infrastrukturunun inkişafı üzrə sahilyanı ölkələr qarşısında geniş imkanlar açacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qazaxlstan   Xəzərinstatusu  





Xəbər lenti