Ermənistanın sabiq baş nazirinin qardaşı həbs olundu

Ermənistanın sabiq baş nazirinin qardaşı həbs olundu
  11 Avqust 2018    Oxunub:4278
Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan iki ay müddətinə həbs olunub.
Məhkəmə Xüsusi İstintaq Xidmətinin H.Abramyana qarşı ehtiyat tədbiri seçilməsinə dair vəsatətini təmin edib. İttihama əsasən, Hovik Abrahamyan qeyri-qanuni yolla əldə etdiyi, Ambik Qevorqyanın adına rəsmiləşdirilmiş, əslində isə qardaşı Ovik Abramyana aid xeyli sayda silah və döyüş sursatını Mxçyan kəndində yerləşən mexaniki təmir-bərpa zavodunda saxlayıb.

Qeyd edilib ki, avqustun 6-da aparılmış axtarış zamanı həmçinin 3 əl pulemyotu, 7 avtomat, 2 SVD, 3 tüfəng, 2 tapança və xeyli patron aşkarlanıb.

AzVision.az


Teqlər: Abramyan  



Xəbər lenti