Mançesterdə silahlı insident - 10 yaralı

Mançesterdə silahlı insident - 10 yaralı
  12 Avqust 2018    Oxunub:3380
İngiltərənin Mançester şəhərində silahlı insident baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Moss Sayd rayonunda gecə saatlarında baş verən hadisə nəticəsində 10 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. İnsidentin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: İngiltərə  





Xəbər lenti