Prezident Aktau sammitində - FOTOLAR (Yenilənib)

Prezident Aktau sammitində - FOTOLAR (Yenilənib)
  12 Avqust 2018    Oxunub:4936
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, Rusiya Prezidenti Vladimir Putini, İran Prezidenti Həsən Ruhanini və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.



Sonra V Zirvə toplantısında iştirak edən dövlət başçılarının geniş tərkibdə iclası olub.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısını açıb, tədbirdə imzalanacaq sənədlərin əhəmiyyətindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış edib.



***
Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V zirvə toplantısı başlayıb.

AzVision.az xəbər verir ki, sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri iştirak edirlər.

Qeyd edək ki, Prezident İlham Əliyev zirvə toplantısında iştirak etmək üçün bu gün Aktau şəhərinə yola düşüb.





AzVision.az


Teqlər: Akau   Xəzər   Sammit  





Xəbər lenti