Ermənistanda əcnəbi məhkum intihar edib

Ermənistanda əcnəbi məhkum intihar edib
  12 Avqust 2018    Oxunub:3264
Ermənistanın “Armavir” həbsxanasında cəza çəkən Moldova vətəndaşı intihar edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1976-cı il təvəllüdlü Moldova vətəndaşı özünü kamera pəncərəsinin dəmir barmaqlığından asıb. Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub. Məhkumun ölümünün təfərrüatları araşdırılır.

AzVision.az


Teqlər: Ermənistan   Məhkum  





Xəbər lenti