Radarlardan itən təyyarə qəzaya uğrayıb

Radarlardan itən təyyarə qəzaya uğrayıb
  12 Avqust 2018    Oxunub:3276
İndoneziyada ötən gün radarlardan itən kiçik tutumlu təyyarənin qəzaya uğradığı müəyyən edilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Papua əyalətində qeydə alınıb. Qəzanın hansı səbəbdən baş verdiyi bilinməsə də, təyyarədə 8 nəfərin cəsədi aşkar edilib.

Ümumilikdə təyyarədə 2-si heyət üzvü olmaqla 9 nəfər olub, onlardan yalnız biri sağ qalıb.

AzVision.az


Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti