Putin KTMT baş katibinin həbsini problem adlandırıb

Putin KTMT baş katibinin həbsini problem adlandırıb
  13 Avqust 2018    Oxunub:2653
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ermənistanda barəsində istintaq gedən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ətrafındakı vəziyyətlə bağlı məsələ qaldırıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. “Əsas bizim üçün problem olan KTMT baş katibi barədə məsələni müzakirə etməkdir” - deyə Nazarbayev bildirib.

Putin isə Nazarbayevə dəstək verib: “KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində daha geniş əlaqələrə gəlincə, müzakirə gündəliyimizdə bir sıra məsələlər, böyük proqramlar var. Və sizin qeyd etdiyiniz problem xarakterli suallar da gündəlikdə var”.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti Yuri Xaçaturova qarşı 1 mart 2008-ci il tarixdə nümayişin dağıdılması ilə bağlı ittiham irəli sürüb. Həmin dövrdə Xaçaturov Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonuna rəhbərlik edib.

Xaçaturov saxlanılsa da, daha sonra azad edilib. Yuri Xaçaturov 2017-ci ildə KTMT-nin baş katibi təyin olunub. Onun səlahiyyət müddəti 2020-ci ildə sona çatır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: KTMT   Putin  





Xəbər lenti