Hindistanda yağışlar 774 nəfəri öldürdü
Həmçinin əlverişsiz hava Uttar-Pradeş ştatında 171, Qərbi Benqaliya ştatında 170, Maharaştra ştatında 139, Qucarat ştatında 52, Assam ştatında 45, Naqalend ştatında 8 nəfərin həyatına son qoyub. Leysan yağışların səbəb olduğu hadisələr nəticəsində yeddi ştatda ümumilikdə təxminən 250 nəfər xəsarət alıb, 30-dan çox adam isə itkin düşmüş hesab edilir.
Bundan başqa, çoxlu sayda mal-qara və əkin sahəsi məhv olub. Hazırda Hindistan ordusu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və sahil mühafizəsinin əməkdaşları insanlara yardım etmək üçün səfərbər olunub.
İlkin Nəcəfzadə
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


