Rusiya dollardan imtina edir

Rusiya dollardan imtina edir
  13 Avqust 2018    Oxunub:2647
ABŞ dolları beynəlxalq ticarətdə təhlükəli bir alətə çevrildiyindən, Rusiya ABŞ aktivlərinə investisiya yatırılmasını əhəmiyyətli dərəcədə azaldıb və bundan sonra da azaldacaq.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov “Rossiya 1” telekanalına verdiyi açıqlamada deyib.

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları səbəbindən Moskva dollar əvəzinə avro və Çin yuanından istifadəni artıracaq. Lakin Rusiyadakı Amerika şirkətlərinə sanksiyalar tətbiq edilməyəcək, çünki həmin müəssisələrdə çox sayda Rusiya vətəndaşları işləyir. Neft ticarətində isə yerli valyutalardan istifadəyə keçmək ehtimalını dəyərləndirirk. ABŞ-ın sanksiyaları amerikalıların özünə qarşı çevriləcək.” – deyə, rusiyalı nazir bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya, Çin, İran və Ukrayna kimi ölkələrlə ikitərəfli ticari ödənişlərin milli valyuta ilə ödənilməsinin planlaşdırıldığını bildirib.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Rusiya   Dollar  





Xəbər lenti