Koreya liderlərinin görüş yeri bilindi

Koreya liderlərinin görüş yeri bilindi
  13 Avqust 2018    Oxunub:2012
Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İnin növbəti görüşü Şimali Koreyanın paytaxtı Pxenyanda baş tuta bilər.
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın yüksək vəzifəli nümayəndəsi Rio Son Qvon Cənubi Koreyadan olan həmkarlarilə keçirdiyi görüşdə deyib .

“Hazırda Şimali və Cənubi Koreya liderlərinin Pxenyanda görüşünün keçirilməsinə dair müzakirələr aparılır. Cənubi Koreya bizim yaxın dostumuzdur. Cənubi və Şimali Koreya sarsılmaz bağlarla əlaqəlidir.” – deyə, Son Qvon bildirib. O da qeyd edilir ki, Koreya liderlərinin növbəti sammiti sentyabrda keçirilə bilər. Lakin görüşün dəqiq vaxtına dair hələ ki razılıq əldə olunmayıb.

Qeyd edək ki, Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Ki Çen In arasındakı ilk tarixi görüş 27 apreldə Phanmuncom məntəqəsində baş tutub. Həmin görüşdə hər iki ölkə arasında hərbi danışıqlar aparılmasına dair prinsipial razılıq ələ olunmuşdu.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Koreya   Görüş  





Xəbər lenti