Zəlzələdə ölənlərin sayı 436 nəfərə çatdı

Zəlzələdə ölənlərin sayı 436 nəfərə çatdı
  13 Avqust 2018    Oxunub:1886
İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 436 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyi (BNPB) məlumat yayıb. Qeyd olunub ki, zəlzələ nəticəsində 1,3 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 387 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, ötən həftə İndoneziyanın Lombok adası yaxınlığında güclü silsilə zəlzələlər baş verib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İndoneziya   Zəlzələ  





Xəbər lenti