Festivalda qəza: 266 nəfər xəsarət alıb

Festivalda qəza: 266 nəfər xəsarət alıb
  13 Avqust 2018    Oxunub:1666
İspaniyanın şimal-qərbindəki Vigo şəhərində keçirilən “O Marisquino” festivalında konsert zamanı tamaşaçıların olduğu taxta platforma aşıb. Nəticədə 266 nəfər xəsarət alıb.
AzVision.az “Levante de Castello”ya istinadən xəbər verir ki, sahildə baş verən insident küçə mədəniyyəti və ekstrimal idman növünə həsr olunan festivalda izləyicilərin çoxluğu səbəbindən baş verib. İnsanların ağırlığına dözməyən taxta plotforma aşaraq suya düşüb.

Hadisə nəticəsində ölənlər olmasa da, xəsarət alanlardan 5-nin vəziyyəti ağırdır. Onlardan ikisi yeniyetmədir. Yerli hüquq-mühafizə orqanları insidentlə bağlı istintaq aparırlar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İspaniya  





Xəbər lenti