İraqın baş naziri İrana getmədi

İraqın baş naziri İrana getmədi
  13 Avqust 2018    Oxunub:1767
İraqın baş naziri Heydər əl-Abadi İrana səfər etməyəcək.

AzVision.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İraq baş nazirinin ofisinə istinadən məlumat verib. Qeyd olunur ki, əl-Abadinin İrana nəzərdə tutulan səfəri təxirə salınıb, lakin səbəbi göstərilmir. Bununla belə, baş ofisdən əl-Abadinin sabah Türkiyə səfər planının dəyişmədiyi bildirilib.

Qeyd edək ki, avqustun 10-da İraqın Mərkəzi Bankı ABŞ sanksiyalarının qüvvəyə minməsilə əlaqədar ölkənin kommersiya banklarına İranın kredit müəssisələri ilə dollarla əməliyyat aparmamaları barədə xəbərdarlıq edib. Bununla belə, İraq Mərkəzi Bankı İranla maliyyə əməliyyatlarında avrodan istifadəyə etiraz etmədiklərini bəyan edib. Lakin bu, Avropa İttifaqı Mərkəzi Bankının və digər müvafiq bankların tələbindən asılıdır.

Xatırladaq ki, İraq qonşu İrandan illik 6,6 milyard dollar dəyərində ticarət məhsulları alır. Onların sırasında yeyinti məhsulları ilə yanaşı, avtomobil və ehtiyat hissələri, məişət texnikaları da var.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İraq   İran   ABŞ   Sanksiya  





Xəbər lenti