Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var (FOTOLAR)

Erməni hərbçilər qəzaya düşdü: Yaralılar var (FOTOLAR)
  13 Avqust 2018    Oxunub:2771
Ermənistanın Qeqarkunik əyalətinin Çambarak şəhərində ağır yol qəzası baş verib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saat 07:40 radələrində Çambarak şəhərində “Mersedes” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilin ağır xəsarət alan sürücüləri Qoris şəhərinin tibb mərkəzinə yerləşdirilib.

Qeyd olunur ki, onların ikisi də Ermənistan ordusunun hərbçisidir.

“Mersedes” markalı avtomobilin sürücüsü 39 yaşlı Aram Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində tağım komandiri olan zabitdir. “VAZ 2107” dövlət nişanlı avtomobilin sürücüsü 39 yaşlı Ruslan Arutyunyan isə Ermənistan ordusunda müqavilə əsasında xidmət keçən hərbi qulluqçudur.

Hadisə yerinə Ermənistan ordusunun 4-cü bölüyünün 2-ci batalyonun əməkdaşları və müstəntiq Arutyun Marqaryan də gəlib. Hazırda erməni hərbçilərin qəzası ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, bu, Ermənistanda hərbçilərin və zabitlərin iştirakilə baş verən ilk yol qəzası deyil.













Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Qəza  





Xəbər lenti