Türkiyə Suriyada 35 minlik ordu yaratdı – İDDİA

Türkiyə Suriyada 35 minlik ordu yaratdı – İDDİA
  13 Avqust 2018    Oxunub:1352
Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı nəticəsində Suriyanın terrorçulardan azad olunan Aziz rayonunda Türkiyənin dəstəyilə yeni “Milli Ordu” yaradılıb.
AzVision.az xəbər verir ki, bu barədə suriyalı müxalif qüvvələrin polkovniki Haitəm Afisi “Reuters”ə açıqlamasında deyib. Bildirib ki, “Milli Ordu”ya bütün dəstəyi yalnız Türkiyə dövləti verir və ordunun düşmənləri Bəşər Əsəd rejimi, həmçinin PKK və İŞİD terror qruplaşmalarıdır. Afisinin iddiasına görə, “Milli Ordu”da nizam-intizama riayət ön plana çəkilib - əsgərlərə hərbi forma geyinmələri və təsadüfi atəş açmamaları barədə təlimat verilib.

Afisi onu da vurğulayıb ki, əgər təlimat olarsa, “Milli Ordu” Türkiyənin dəstəklədiyi suriyalı müxalifətlə birgə İdlibdə döyüşlərə başlayacaqlar.

“Reuters” yazıb ki, Suriya müxalifətini parçalayan mübahisələrə son qoyularsa, 35 min döyüşçüdən ibarət “Milli Ordu” Əsədin Suriyanın şimal-şərqini geri qaytarmaq cəhdlərində ciddi və uzunmüddətli əngələ çevrilə bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Suriya  





Xəbər lenti