Qobi səhrasında gizli kosmik hərbi baza aşkarlandı – VİDEO

Qobi səhrasında gizli kosmik hərbi baza aşkarlandı – VİDEO
  13 Avqust 2018    Oxunub:24893
“Google Earth” peyk proqramı vasitəsilə Mərkəzi Asiyadakı Qobi səhrasında (Çin və Monqolustan ərazilərində yerləşir) naməlum obyekt aşkarlanıb.
AzVision.az xəbər verir ki, “Thirdphaseofmoon” tədqiqatçılarının YouTube kanalında sirrli texniki obyektin detalları və onun haqqında məlumat yerləşdirilib. Tədqiqatçılar Bleyk və Brett Kuzensə görə, tapılan obyekt heç zaman istifadə olunmayan gizli kosmik hərbi bazadır. Bazanın quruluşunda diqqət çəkən məqam onun həndəsi xəttlərinin düzülüşü və formasıdır.

Tədqiqatçıların fikrincə, hərbi bazanın uçuş zonası heç vaxt istifadə olunmayıb. Lakin obyektin dəqiq tədqiqi üçün birbaşa məkanın özünə getmək lazımdır. Kosmik bazanın kimlər, yaxud hansı dövlət tərəfindən yaradıldığı da məlum deyil.

O da maraqlıdır ki, Google axtarış sistemi aşkarlanan obyekti müəyyən edə bilmir.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qobi   MərkəziAsiya   kosmikbaza  





Xəbər lenti