Xəyanətkarlar cavab verəcəklər – Ərdoğan

Xəyanətkarlar cavab verəcəklər – Ərdoğan
  13 Avqust 2018    Oxunub:1004
Bu gün Türkiyənin üzləşdiyi təzyiqlər bəzi xarici qüvvələrin Ankaranın yürütdüyü müstəqil siyasətə reaksiyasıdır.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib. Onun sözlərinə görə, hazırda Türkiyə iqtisadiyyatı hücumla üzləşib.

“İqtisadi sahədə manipulyasiya etmək və terrorçuları fəallaşdırmaqla Ankaranın iradəsini qırmaq və onu öz milli maraqlarının müdafiəsindən imtinaya məcbur etmək istəyirlər. Özünü dünyanın hökmdarı hesab edən dövlətlərin Türkiyəyə baha başa gələn nailiyyətlərə təcavüz etmək haqqları yoxdur. Türkiyənin sağlam və güclü iqtisadiyyatı var. Türkiyəyə qarşı spekulyasiyalarda iştirak edən xəyanətkarlar şəbəkəsi öz əməllərinə görə cavab verəcəklər.” – deyə, Ərdoğan vurğulayıb.

Onu da əlavə edib ki, Türkiyə iqtisadiyyatı və valyutasına edilən hücumlar hələ bir müddət də davam edəcək.

Xatırladaq ki, Ankara ilə davam edən siyasi gərginliyə baxmayaraq, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma ikiqat ticarət tarifinin təbiqi barədə qərar qəbul edib. Türkiyədən alınan alüminiuma 20%, polada isə 50% gömrük rüsümu tətbiq olunacaq. Trampın bu qərarı ilə türk lirəsi dollar qarşısında rekord tarixi enişini yaşayıb. Bu axşamadək 1 dollar 7,24 lirə təşkil edib. Lakin Türkiyə Mərkəz Bankınnın müdaxiləsindən sonra lirə bu gün bir qədər möhkəmlənərək dollara nisbətdə 6.8 civarında müəyyənləşib. Ümumilikdə, bu il ərzində lirə dolara nisbətdə 40 faiz ucuzlaşıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: türkiyə   ABŞ  





Xəbər lenti