İstintaq Xidməti: Köçəryanın azad edilməsi qeyri-qanunidir

İstintaq Xidməti: Köçəryanın azad edilməsi qeyri-qanunidir
  14 Avqust 2018    Oxunub:2038
İrəvan Apellyasiya məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsdən azad edilməsi haqqında çıxardığı qərar qeyri-qanunidir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti bəyanat yayıb.

“Apellyasiya məhkəməsinin Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Ümid edirik ki, Baş prokurorluq bu qərardan Kassasiya məhkəməsinə şikayətlə müraciət edəcək”, - deyə bildirilib.

Qeyd edək ki, bu gün İrəvan Apellyasiya məhkəməsi ölkədə konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Koçaryanı toxunulmazlığı ilə əlaqədar həbsdən azad edib.

AzVision.az


Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti