Koreya liderlərinin növbəti görüş vaxtı dəqiqləşdi

Koreya liderlərinin növbəti görüş vaxtı dəqiqləşdi
  14 Avqust 2018    Oxunub:1298
Şimali Koreya lideri Kim Çen Inla Cənubi Koreya prezidenti Mun Çje İnin növbəti görüşü 12-13 sentyabrda baş tuta bilər.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin milli birləşmə, milli təhlükəsizlik və beynəlxalq məsələlər üzrə köməkçisi Mun Çjon İn JTBC telekanalının efirində bəyan edib.

“Görüş 12-13 sentyabrda keçiriləcək.” – deyə, Çjon İn bildirib. O, qeyd edib ki, Şimali Koreya dövlətin əsasının qoyulmasının 70 illiyini qeyd edəcəyindən, çətin ki, Koreya liderlərinin görüşünün keçirilməsi 9 sentyabradək mümkün olsun.

Onun sözlərinə görə, sentyabrın sonunda BMT Baş Assambleyasında Şimalla Cənubi Koreya arasında müharibə şəraitinin sona çatdığının elan edilməsi ehtimalı azalıb. Lakin o, belə bir imkanın mövcudluğunu tam inkar etməyib.

Qeyd edək ki, Şimali Koreyanın yüksək vəzifəli nümayəndəsi Rio Son Qvon Şimali və Cənubi Koreya liderlərinin Pxenyanda görüşə biləcəklərini demişdi.

Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Ki Çen In arasındakı ilk tarixi görüş 27 apreldə Phanmuncom məntəqəsində baş tutub. Həmin görüşdə hər iki ölkə arasında hərbi danışıqlar aparılmasına dair prinsipial razılıq ələ olunmuşdu.

Leyla Elbrusqızı
AzVision.az




Teqlər: Koreya   BMT  





Xəbər lenti